Rasim Balayevin yerinə seçki: AKİ-də iclas keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayevin yerinə seçki: AKİ-də iclas keçiriləcək

Mədəniyyət

08 Aprel 2026 12:32 899


Aprel ayının sonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, iclasın gündəliyində sədr seçilməsi ilə bağlı qurultayın keçirilmə tarixinin müəyyənləşdirilməsi məsələsi yer alacaq.

“Təxmin edirik ki, qurultay may ayının ortalarında - ayın 10-u ilə 17-si arasında keçiriləcək. Dəqiq tarixə isə İdarə Heyəti qərar verəcək, - AKİ-dən bildirilib. - Bu, Nizamnamənin tələbidir. Sədr yalnız qurultayda seçilməlidir. Qurultay isə ən geci ayın 17-də keçirilməlidir, onun gecikdirilməsi təşkilat üçün böyük zərbə olar". pizza sifarişi

Xatırlatma: mərhum XAlq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilib. O, martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi martın 30-da Bakıya gətirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!