Rasim Musabəyov Milli Məclisdə danışa bilməməyinə əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

Rasim Musabəyov Milli Məclisdə danışa bilməməyinə əsəbiləşdi

Siyasət

24 Avqust 2022 12:55 1655


Yaxın günlərdə Milli Məclisin 2021-ci il stenoqramına əsasən ötən il ərzində  Milli Məclisin plenar iclaslarında bir dəfə də olsun danışmayan 16 deputatın adları açıqlanıb.

Diqqət çəkən məqamlardan biri də bu adlar arasında mütəmadi televiziyalarda siyasi şərhləri və təhlilləri  ilə çıxış edən 18 saylı Nərimanov-Nizami seçki dairəsindən seçilmiş millət vəkili Rasim Musabəyov da olmasıdır.

Saytlara hər hansı açıqlama vermədiyini deyən Rasim Musabəyov Bizim.Media-nı da istisna etmədi və suala görə bərk əsəbiləşdi: Dördpendirli pizza

“Mən heç bir sayta açıqlama və yaxud da siyasi şərh vermirəm. Mənim Milli Məclisdə danışıb-danışmamağıma gəlincə isə bu seçicilərim ilə mənim aramda olan məsələdir və buna seçicilərim qiymət verəcəklər. Kim necə və nə formada siyahı tərtib edirsə, bu da onun öz işidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!