Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Mədəniyyət

30 Oktyabr 2025 17:49 596


Dirijor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

2 gün əvvəl o, halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub. Pepperoni pizza

"Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib", - məlumatda qeyd olunub.

Rauf Abdullayev Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (1984–2023), professor (1982), Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "Qızıl çinar" beynəlxalq mükafatı laureatıdır. (2018)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!