Rayonlara gediş-gəliş necə mümkündür?

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara gediş-gəliş necə mümkündür?

Avto

21 İyun 2020 12:16 2170


Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə cərimələnəcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin cihazlar karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər qeydə alınmasa, torpaq yollarda dərhal qeydə alınıb cərimələnəcəklər. Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər. pizza mizza

Onun sözlərinə görə, karantin postlarından yalnız ölkə ərazisində hərəkətə icazə veriləcək:

"Karantin postlarından rayonlara keçmək istəyənlər yalnız ezamiyyə vərəqəsi təqdim etməlidir. Yəni, işə gedib-gəlmək icazəsi olan şəxslər postlardan rayonlara keçə bilməyəcək. Həmin şəxslər yalnız iş yerindən ezamiyyə vərəqəsi almalı, həmin sənədi karantin postuna təqdim etməklə yalnız tək özü postdan rayona buraxılacaq. Digər şəxslər karantin postlarından geri qaytarılacaq".

Qeyd edək ki, indiyə kimi 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlar geri qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!