Rayonlara leysan yağacaq, dolu düşəcək –   Diqqət

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara leysan yağacaq, dolu düşəcək – Diqqət

Rəsmi

26 May 2019 10:31 1315


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 18-21° isti, gündüz  23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz  23-25°  isti təşkil edəcək. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 %  olacaq.     Dominos pizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  26-31° isti, dağlarda gecə 10-15° isti,  gündüz 18-23°  isti təşkil edəcək.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!