Rayonlara yağış yağacaq, dolu düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara yağış yağacaq, dolu düşəcək

Rəsmi

14 Aprel 2019 18:55 989


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz 50-60 % olacaq.   pizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi  şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti,  gündüz 13-18° isti təşkil edəcək.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!