Rayonlarda hava: Duman, yağış...

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda hava: Duman, yağış...

Sosial

21 Fevral 2026 13:38 367


Sabah Azərbaycanın rayonlarında nə cür hava gözlənilir?

"Yeni Sabah" xəbər verir ki, Bazar günü, fevralın 22-də   

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda Marqarita pizza

...hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə

..havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda

...havanın nisbi yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, dağlıq ərazilərdə 3° şaxta, gündüz 7-12° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda

...havanın əsasən səhər və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda

...gündüz bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada

...səhər havanın bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda

...yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəck.Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 1-4° isti, gündüz 6-9° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!