Razi Nurullayev nə edəcək? – İkinci cəhd...

saytların hazırlanması

Evə çatdırılma

Razi Nurullayev nə edəcək? – İkinci cəhd...

Siyasət

07 Avqust 2023 12:11 1475


“İnşallah, Milli Cəbhə Partiyasının qeydiyyatla bağlı qərarı ikinci cəhddə uğurlu olar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq, R. Nurullayevin partiyasına da rədd cavabı verib. Dördpendirli pizza

MCP lideri söyləyib ki, 3500-dən artıq üzv təsdiq edilib:

“Biz həm də ciddi hazırlaşırdıq, bilirdik ki, problemlər olacaq. Problemin olması da təbiidir. Partiyalar üzvlərini onilliklərlə saf-çürük etməyiblər, buna imkan da olmayıb. Heç çoxumuzun normal ofisi olmayıb ki, normal iş qura biləsən. Partiya quruculuğu ciddi olaraq son illər başlayıb. Əslində, bizim üçün də bu şəkildə araşdırma faydalıdır, zəif və güclü tərəflərimizi öyrənməyə kömək etdi. Biz Ədliyyə Nazirliyinin qeyd edilən nöqsanlarını artıq araşdırmağa başlamışıq. Sonuc gözəl və nəticəli olacaq”.

Xatırladaq ki, Ədliyyə Nazirliyi ReAl, AXCP, Müsavat, Ağ Partiya, Vəhdət Partiyası, VHP və digər partiyalar da daxil olmaqla, 19-a yaxın partiyaya sənədlərin dəqiqləşdirilməsi üçün 30 gün vaxt verib.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!