“Razılaşma “tezliklə” mümkündür” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Razılaşma “tezliklə” mümkündür” - Tramp

Siyasət

30 Mart 2026 10:03 503


ABŞ İranla bağlı siyasətində mühüm nəticə əldə edib və yaxın vaxtlarda rəsmi Tehranla razılaşma mümkündür.

“Yeni Sabah” CBS News-a istinadən xəbərinə görə, bunu ABŞ prezidenti jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton faktiki olaraq İranda rejim dəyişikliyinə nail olub. Marqarita pizza

Tramp bu fikrini son bir ay ərzində ABŞ-İsrail əməliyyatları zamanı İran rəhbərliyində baş verən itkilərlə əsaslandırıb. Onun sözlərinə görə, hazırkı rəhbərlik əvvəlkilərlə müqayisədə “daha praqmatik və münasibdir”.

“Biz rejim dəyişikliyi yaşamışıq. İndi əvvəllər heç kimin qarşılaşmadığı fərqli insanlarla işləyirik. Bu, tamamilə yeni bir komandadır və mən bunu rejim dəyişikliyi hesab edirəm”, – deyə Tramp vurğulayıb.

Prezidentə İranla bu həftə razılaşmanın mümkün olub-olmayacağı ilə bağlı sual verildikdə isə o, optimist mövqe sərgiləyib: “İranla razılaşma görürəm. Bu, tezliklə baş verə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!