“Real“ 575 milyon kredit götürüb

saytların hazırlanması

Evə çatdırılma

“Real“ 575 milyon kredit götürüb

İdman

13 Aprel 2019 15:36 906


"Real" ev oyunlarını keçirdyi "Santyaqo Bernabeu" stadionunun yenidən qurulması üçün maliyyə vəsaiti alıb.

"Yeni Sabah" kral klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi 575 milyon avro məbləğində kredit götürüb. Borc illik 2.5 faiz olmaqla 30 il müddətinə götürülüb. Tikinti üçün nəzərdə tutulan məbləğ "kral klubu"nun hesabına 3 mərhələdə (2019, 2020 və 2021-ci illərdə) köçürüləcək.

"Real"ın banka illik ödənişi 2023-cü ilin 30 iyulundan etibarən 29.5 milyon avro təşkil edəcək. Paytaxt klubunun borcu 2049-cu ilin iyul ayında tam olaraq bağlanacaq. Pepperoni pizza

Qeyd edək ki, layihəni "JP Morgan" və "Bank of America Merrill Lynch" "Banco Santander", "Societe Generale" və "CaixaBank"la birlikdə maliyyələşdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!