“AB ölkələri Belarusu cəzalandırmaq üçün həmin ölkədən Qərbə uçuşları dayandırmaq istəyir. Lukaşenko zatən AB ölkələrinə getmir, məmurların bir çoxuna da sanksiyalar var, yaxşı bəs Avropa bu addımla kimi cəzalandırır?! Sadə belarusları, ölkə vətəndaşlarını?! Bəlkə elə müxtəlif yollarla təqiblərdən Avropaya qaçmaq istəyən insanlar var, bəlkə ümidləri viza alıb Avropa gedərək orada qalmaq idi, onları nədən cəzalandırırlar? AB anlamırmı ki, bu addımı tam tərsinə Belarus cəmiyyətini Qərbə qarşı qaldırır?!”.
Yenisabah.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. O qeyd edib ki, Rusiya və Belarusun atdığı addımlara kollektiv Qərbin verdiyi qeyri-adekvat reaksiya heç anlaşılan deyil:
“Belə yarımçıq və düşünülməmiş qərarlarla bütün post-sovet məkanının Qərbdən gözləntilərini aşağı çəkir, Kremlin ətraf ölkələrə basqısını daha da stimullaşdırır. pizza mizza
Sanksiya siyasəti tam iflasa uğrayıb, bunu anlamaq lazımdır, tam əks siyasət olmalı, Qərb sürətlə Rusiya ilə yaxınlaşmalı, bütün sanksiyaları qaldırmalı, Qərb biznesinin Rusiyaya daha dərindən nüfuz etməsi üçün şərait yaratmalıdır. Dünya təcrübəsi göstərir ki, xarici kapital, daha sıx iqtisadi əlaqələr, investisiyalar ölkələri daha çox açılmağa sövq edir, insanları daha sivil cəmiyyətdə yaşamaq hissini stimullaşdırır. Sanksiyalar isə tam tərsi avtoritar rejimlərin daha çox qapanmasına, xarici düşmən obrazının yaradılaraq daxili konsalidasiyaya səbəb olur.
Nə İranla, nə də Şimali Koreya ilə onillərlə davam edən sanksiya rejimi heç bir pozitiv nəticə vermədi, Rusiya ilə də verməyəcək, əksinə, ölkənin bir nəfər, bir ideya ətrafında daha sıx birləşərək daxili potensialı hesabına güclənməsinə səbəb olacaq”.
Telegram kanalımız