REAL funksioneri müxalifətə səsləndi:   30 ildir dəyişə bilmirlər

saytların hazırlanması

Evə çatdırılma

REAL funksioneri müxalifətə səsləndi: 30 ildir dəyişə bilmirlər

Siyasət

13 Aprel 2021 15:25 1344


Son həftələrdə REAL Partiyasının sədri İlqar Məmmədovun personası ətrafında aparılan müzakirələr səngimək bilmir. Siyasətçinin uşaqpulunun verilməsini istəyən digər müxalifət nümayəndələrini təhqir etməsi onu tənqid hədəfinə çevirib. Halbuki, İ.Məmmədov həbsdə olarkən cəmiyyətin bir hissəsi ona böyük ümid bəsləyirdi. Amma bu kimi çıxışları zamanla insanlarda partiya sədrinə olan inamı tamamilə yox edib. Bir neçə gün əvvəl ADP sədri Sərdar Cəlaloğlu da insanların İ.Məmmədova münasibətinin dəyişməsindən danışıb. O, bunun səbəblərindən söz açarkən REAL sədrinin müxalifətçilik fəlsəfəsinə yiyələnmədiyini vurğulayıb. ADP sədri iddia edib ki, bəzi qüvvələr İ.Məmmədovdan  potensialı çatmayan bir obraz yaratmağa çalışıblar, lakin tutduqları yolda uğursuz olublar. Onun fikrincə, məhz bu səbəbdən də xalqın İ.Məmmədova inamı ölüb.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən REAL Partiyasının sədr müavini Natiq Cəfərli qeyd edib ki, İ.Məmmədov həbsdə olarkən ona qarşı REAL-çılardan asılı olmayan bir gözlənti formalaşıb:

“Sərdar müəllim xalqın münasibətini ölçən cihazının olub-olmadığı haqqında məlumat versəydi, yaxşı olardı. Ən azından biz də bilərdik ki, xalqın münasibəti necə ölçülür. İlqar Məmmədovun 5 il 8 ay heç bir sənədə qol çəkmədən, bütün təzyiqlərə tab gətirərək həbsdə qalması, öz duruşu səbəbilə həbsdən çıxması təbii ki, cəmiyyətdə gözlənti formalaşdırmışdı. Onlar isə ölkə reallıqları ilə üst-üstə düşmürdü.  Bu gözlənti zamanla bizdən asılı olmayan səbəblərdən artıb. Amma söhbət ondan gedir ki, gözləntilərin belə yüksək olması tək hakimiyyətin yox, elə bütün siyasi partiyaların xoşuna gəlmirdi. Bu dövr ərzində biz hücumlara məruz qaldıq. Dalğa-dalğa gələn hücumların əsas hədəfi məhz REAL və İlqarın reytinqinin qarşısını almaq üçün idi. Burada həm hakimiyyətin, həm də siyasi partiyaların qısqanclığının rolu oldu. Bizdən asılı olmadan yaranan gözləntilərin özünü doğrultmaması məntiqi yanaşmanın nümunəsi deyildi. Çünki Azərbaycanda reallıqlar var. Əgər bir şəxs uzun zaman oturuşmuş bir sistemi dəyişə bilirdisə, bu günədək elə digərləri dəyişərdi də. Məsələn, Sərdar Cəlaloğlu 30 ildir ki, müxalifətdədir, niyə dəyişə bilmir? Ona və özünü müxalifət sayan digər şəxslərə nə maneə törədir? Eyni arqumentləri onlara qarşı da səsləndirmək olardı. Amma biz bunun kənarında qalmağa çalışırıq. Düşünürük ki, bizim öz yolumuz, hədəfimiz, prinsiplərimiz var”. Marqarita pizza

Natiq Cəfərli hesab edir ki, əsas olan siyasi təşkilatların fərd üzərində bərqərar olmamasıdır:

"Bizi tənqid edən həm iqtidar partiyası, həm özlərini müxalif sayan partiyalar bir şəxs üzərində formalaşıb. Başa düşmürlər ki, REAL Partiyası İlqar Məmmədovun üzərində formalaşmayıb. REAL bir komandadır. Siyasi komitə, məclis, gənclər komitəsi, rayon təşkilatları və sair var. İlqar Məmmədov isə sadəcə bu partiyanın indiki dönəmdə sədrliyini həyata keçirən şəxsdir. Bu günədək dar siyasi dünyagörüşü olan o şəxslər elə bilirlər ki, siyasi partiya mütləq bir şəxsin üzərində olmalıdır, o, otur deyəndə hamı oturmalı, dur deyəndə durmalıdır. Onların siyasət təsəvvürü budur. Hakimiyyətdə də belədir. Ona görə də bizim hərəkətlər bəzən onlara çatmır. Hətta mənə belə həmin şəxslər irad bildirirlər ki, “Bu necə partiyadır ki, sən hərdən İlqar Məmmədovu tənqid edirsən?”. Nə olsun ki, tənqid edirəm? Axı normal olan budur. Onlar düşünür ki, siyasi partiya liderinə daxildə söz demək olmaz. Lider ideallaşdırılmış şəxs olmalıdır, ona toz qondurulmamalıdır. Bizdə siyasi komitənin iclaslarında İlqar Məmmədov kəskin tənqid də olunur. Etdiyi düzgün hərəkətlər doğru da qiymətləndirilir. Yəni siyasət komanda oyunudur, biz ilk gündən bunu gətirmişik, siyasətdə komanda oyununun  əsas fəlsəfəsini yaratmağa çalışırıq və bu da çox adamlara təəssüf ki, çatmır, nəticədə çox bəsit analizlərlə öz aləmlərində bizi tənqid etməyə çalışırlar” .

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!