Respublikaçı Alternativ (REAL) Partiyası fevralın 24-də kredit ödənişləri ilə bağlı vətəndaşlara, banklara və müəssisələrə devalvasiya nəticəsində vurulmuş zərərin ödənilməsini, ali təhsil üçün ödənişlərin yaxın illər ərzində tamamilə dövlət tərəfindən həyata keçirilməsini və Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsini nəzərdə tutan qanun layihələrini Milli Məclisə təqdim edəcək.
"Yeni Sabah" xəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, fevral ayının 18-də REAL Partiyasının İdarə Heyətinin iclasında bildirilib ki, partiyanın "40 min imza" kampaniyası fevralın 24-də başa çatdırılacaq.
"Toplanmış imzalar qanun layihələri və aidiyyatı əsaslandırma sənədi ilə birlikdə fevralın sonuncu həftəsi ərzində partiyanın Hüquq və Seçki Katibi tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə göndəriləcək", deyə mətbuat xidmətinin məlumatında bildirilir. pizza mizza
Azərbaycan konstitusiyasının 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.
REAL Partiyası seçicilərin imzasını toplamaq kampaniyasına 2018-ci ilin noyabrında başlayıb.
Telegram kanalımız