“Siyasi partiyalar haqqında” qanun layihəsi təqdim edilən zaman təməl prinsiplərini, konseptual çərçivəsini tənqid etdik. Hökumət də vəd etdi ki, tənqidlərimizi eşidəcək".
Yenisabah.az Pravda-a istinadla xəbər verir ki, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.
O əlavə edib: "Digər partiyalar isə layihənin əsasən bir müddəasını tənqid edirdilər. Bu, partiyanın iki dəfə seçkilərə qatılmamasına görə qeydiyyatın ləğvi məsələsi idi. REAL Partiyasının tənqidləri eşidilmədi, amma “boykotçu”ların tənqid etdikləri müddəa layihədən çıxarıldı”. pizza
İ.Məmmədovun sözlərinə görə, seçkilərin boykot edilməsi hakimiyyətin müxalifətdən gözlədiyi siyasi stategiyadır.
Telegram kanalımız