“Real vəziyyəti öyrənmək üçün bütün rəylər nəzərə alınmalıdır“

saytların hazırlanması

Evə çatdırılma

“Real vəziyyəti öyrənmək üçün bütün rəylər nəzərə alınmalıdır“

İqtisadiyyat

15 Fevral 2019 21:31 1215


“İlk olaraq göstərdiyi etimada və verdiyi qiymətə görə, Zahid bəyə təşəkkürümü bildirirəm. Hər bir halda əgər belə bir diqqət varsa, görünür peşəkar kimi qəbul edilirik. Zahid bəyin rəhbərlik etdiyi qurum ölkədə ictimai fikri öyrənərək cəmiyyətdə baş verən problemlərin rəhbərliyə çatdırılması funksiyasını yerinə yetirir. Bu vaxta qədər biz bu işi görmüşük, yəqin ki, bunları nəzərə alaraq bizimlə əməkdaşlıq etmək niyyətindədirlər. Biz istənilən əməkdaşlıq təklifinə həmişə açığıq”.

Bu sözləri iqtisadçı ekspert Samir Əliyev millət vəkili Zahid Orucun çağırışına cavab olaraq bildirib. Onun sözlərinə görə, əməkdaşlığın çərçivələri də müzakirə olunmalıdır:

“Burada söhbət nədən gedir, əməkdaşlığa nələr daxildir bilinməlidir. Bizim indiyə kimi əsas funksiyalarımız  cəmiyyətdə olan problemləri araşdırmaq, onun baş vermə səbəblərini müəyyənləşdirmək və beynəlxalq təcrübəni öyrənmək şərtilə çıxış yollarını  göstərmək olub. Bu vaxta qədər hökumətin ayrı-ayrı qurumlarına, o cümlədən, parlamentin komitələrinə öz təkliflərimizi göndərmişik. Xeyli təklif və tövsiyələrimiz qəbul olunub. Əsas işimiz araşdırmalar, onlarınn mətbuat vasitəsilə ictimailəşdirilməsi və qərar qəbul edən orqanlara göndərməkdir. Bizim Vergilər Nazirliyi, banklarla əlaqələrimiz var, görüşlər keçirilir. Bu əməkdaşlığı da bu kontekstdə görürəm. Əgər Zahid bəyin rəhbərlik etdiyi qurum üçün bizim araşdırmalarımız, təkliflərimiz maraq doğuracaqsa, biz böyük məmnuniyyətlə əməkdaşlıq edəcəyik. Onların müzakirələrinə dəvət alacağıqsa. araşdırmalarına ekspert qismində çağırılacağıqsa,  bunları dəyərləndirəcəyik. Düşünürəm ki, Zahid bəyin yanaşması doğrudur. Yəni ekspertlər, peşəkarlar təkcə, vəzifədə, hakimiyyətdə olanlardan ibarət deyil. Peşəkarlar həm də kənardadır, müstəqil olan kifayət qədər peşəkar var. Bura həm də cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən siyasi partiyaların  ekspertləri, iqtisadçılar və digər sahələrdə qoşulsun. Siyasi partiyaların ekspertlərində əks fikirlər ola bilər, amma bunları öyrənməkdə hər bir halda fayda var. Bunun yerinə yetirilib-yetirilməməyi başqa məsələdir. Amma ən azı eşitmək lazımdır. Düşünürəm ki, bu çərçivə genişlənməlidir. Həqiqətən real vəziyyəti öyrənmək istəyiriksə, bütün maraqlı tərəflər- dövlət qurumlarından tutmuş, hətta mətbuat, vətəndaş cəmiyyəti, siyasi partiyaların hər birinin rəyi nəzərə alınmalıdır.  Marqarita pizza

Bu fikrə təşəkkür etməklə yanaşı müsbət  qiymətləndirirəm. Öz tərəfimdən əgər hər hansı dəstək  lazım olacaqsa, dəstək verməyə hazıram”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!