“Real“ın oyunçusu üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

“Real“ın oyunçusu üzr istədi

İdman

09 Mart 2019 18:28 1024


Çempionlar Liqasının 1/8 finalının “Real”-“Ayaks” oyununda adı əsas 18-liyə salınmayan İsko buna etiraz olaraq, klub avtobusu ilə stadiona getməkdən imtina edib. Bundan sonra komandanın kapitanı Sergio Ramos klubun bazasında iclas keçirib.

“Yeni Sabah” xəbər verir ki, kapitan toplantıda bütün komanda yoldaşlarına, o cümlədən, İskoya baş məşqçinin qərarlarına hörmət etməyi tapşırıb. İsko iclas sonunda bütün komanda yoldaşlarından buna görə üzr istəyib. 

Qeyd edək ki, “Real”-“Ayaks” matçı qonaqların 1:4 qələbəsi ilə başa çatıb. Bununla da kral klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. Dördpendirli pizza

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!