“Referendum keçirilsin, Qazaxıstan Rusiyaya birləşdirilsin”   - Şok açıqlama + Foto

saytların hazırlanması

Evə çatdırılma

“Referendum keçirilsin, Qazaxıstan Rusiyaya birləşdirilsin” - Şok açıqlama + Foto

Siyasət

06 Yanvar 2022 22:38 9736


“Qazaxıstan Rusiyaya birləşdirilsin”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Dağıstandan seçilmiş deputatı Sultan Hamzayev deyib. O, Qazaxıstanı Rusiyaya birləşdirmək təklifi ilə çıxış edib.

Dövlət Dumasının “Vahid Rusiya” deputatı Sultan Hamzayev Rusiyanı Qazaxıstanın “tarixi vətəni” adlandırıb. pizza sifarişi

“Mən Qazaxıstanın tarixi vətəni Rusiya ilə birləşməsi ilə bağlı Qazaxıstanda referendumun keçirilməsinin tərəfdarıyam”, – parlamentari deyib.

Deputat əlavə edib ki, Qazaxıstan prezidenti öz bəyanatlarını rus dilində edir və bu, onun fikrincə, “rus torpağı”nın təsdiqi ola bilər.

Bundan əvvəl LDPR lideri Vladimir Jirinovski ölkədə vəziyyətin normallaşmayacağı təqdirdə Qazaxıstanın şimalının Rusiya Federasiyasının tərkibinə daxil ola biləcəyini bildirmişdi.

/Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!