Rəhbərlik bizə deyir ki, Xankəndi Azərbaycanındır - Akopyan

saytların hazırlanması

Evə çatdırılma

Rəhbərlik bizə deyir ki, Xankəndi Azərbaycanındır - Akopyan

Siyasət

02 May 2021 08:12 1007


Xankəndidə separatçı “deputat”lardan olan Metaxe Akopyanın Ermənistan mediasına verdiyi müsahibə Qarabağdakı vəziyyəti anlamağa imkan verir.

Akopyanın dediklərindən çıxan nəticələr:

1. Müharibədən 6 ay keçsə də, erməni əhalsinin həyatında heç bir irəliləyiş yoxdur, əksinə, sosial problemlər artıb və separatçı rejim problemlərin həlli ilə məşğul olmur, əhalinin bölgəni tərk etməsi perspektivi aktualdır. Sezar pizza

2. Separatçı rejimin daxilində çaxnaşma və qarşıdurma var.

3. Xankəndi ətrafında zaman-zaman atəş səsləri eşidilir (bu, Aakopyanın iddiasıdır).

Daha çox onun bu sözləri diqqət çəkir: “Rəhbərlikdən” (atəşlə bağlı – red.) soruşanda bizə deyirlər ki, bu normaldır, çünki ən azından bu şəhərin Azərbaycanın olduğunu nəzərə almalıyıq. Sülhməramlıların nə etdiyini soruşanda bildirirlər ki, onlarla danışmışıq, bunu tənzimləməyə çalışırlar.

Xankəndidə istədiyimizə nail olana qədər nə ermənilərə, nə də sülhməramlılara rahatlıq verməliyik. /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!