Rəhilə Kəsəmənli: “Leyla Əliyeva şeiri öz üslubunda səsləndirib”

saytların hazırlanması

Evə çatdırılma

Rəhilə Kəsəmənli: “Leyla Əliyeva şeiri öz üslubunda səsləndirib”

Mədəniyyət

24 Dekabr 2025 11:10 1086


“Mən çox sevindim ki, Leyla xanım bu mövzuya toxunub. Nüsrət Kəsəmənlinin yaradıcılığına rəğbət göstərib ki, o şeiri səsləndirib”.

Bu sözləri “Yeni Sabah”a mərhum şair Nüsrət Kəsəmənlinin xanımı Rəhilə Kəsəmənli deyib.

O bildirib ki, səsləndirməni görəndə çox sevinib: Dördpendirli pizza

“Çoxları deyir ki, şeir ləhcə ilə səslənib, Azərbaycan dilində aydın ifadə olunmayıb. Mən belə düşünmürəm. Səsləndirmə çox xoşuma gəldi. Çünki Leyla Əliyeva bu şeiri öz üslubunda səsləndirib, ona hər hansı don geyindirməyib. Çox sevindim”.

Rəhilə Kəsəmənli Leyla Əliyevanın öz üslubunu saxladığını qeyd edib:

“Səhhətimdə bir az problem olduğu üçün əlim çatmadı, amma mütləq təşəkkürümü bildirəcəyəm. Həm mövzuya toxunduğuna görə, həm də öz üslubunu qoruduğuna görə. Bəzən səsləndirmələrdə şeiri əzib-büzürlər, lakin bu səsləndirmə mənə xoş təəssürat bağışladı”.

Bir neçə gün öncə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərhum şair Nüsrət Kəsəmənlinin “Səni unutsam” şeirini səsləndirib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!