Rekord həcmdə neft hasil etmək təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Rekord həcmdə neft hasil etmək təklif olunur

İqtisadiyyat

11 Mart 2026 10:37 313


Beynəlxalq Enerji Agentliyi (IEA) Yaxın Şərq münaqişəsi fonunda qiymət artımlarını məhdudlaşdırmaq üçün strateji ehtiyatlardan rekord həcmdə neft buraxmağı təklif edir.

"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, bu həcm IEA ölkələrinin 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanğıcında buraxılan 182 milyon bareli keçəcək.

Təklif üzv ölkələrinin fövqəladə iclasında irəli sürülüb. Bu gün qərarın qəbul edilməsi gözlənilir. Əgər bütün 32 IEA ölkəsi tərəfindən dəstəklənərsə, bu, təsdiqlənəcək. pizza mizza

IEA üzv ölkələrində 1,2 milyard bareldən çox strateji neft ehtiyatı, eləcə də 600 milyon barel dövlətə məxsus sənaye ehtiyatı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!