Rekord səviyyədə investisiya: 3,3 trilyon dollar

saytların hazırlanması

Evə çatdırılma

Rekord səviyyədə investisiya: 3,3 trilyon dollar

İqtisadiyyat

05 İyun 2025 16:12 450


Qlobal enerji investisiyaları bu il rekord səviyyəyə - 3,3 trilyon dollara çatacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) 10-cu Dünya Enerji İnvestisiyaları hesabatını dərc edib.

Qeyd edilib ki, bu investisiyaların üçdə ikisinin təmiz enerji texnologiyalarına olacağı gözlənilir. Qlobal enerji investisiyalarının geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklərdən qaynaqlanan çətinliklərə baxmayaraq, bu il 2024-cü ilə nisbətən 2 faiz artaraq 3,3 trilyon dollara çatacağı gözlənilir. Toyuqlu pizza

Ümumi investisiyaların 2,2 trilyon dollarının bərpa olunan enerji layihələrinə gedəcəyi təxmin edilir.

Mövcud investisiya meylləri göstərir ki, dünyada yeni “elektrik dövrü” yaxınlaşır. 10 il əvvəl dünyada qalıq yanacağa qoyulan investisiyalar elektrik enerjisi istehsalı, şəbəkələri və saxlanmasına qoyulan investisiyalardan 30 faiz çox olduğu halda, bu il təkcə elektrik enerjisi sektoruna qoyulan sərmayələr neft, təbii qaz və kömürə qoyulan xərclərdən 50 faiz çox olacaq.

Son 5 ildə günəş enerjisinə qoyulan investisiyaların həcmi isə demək olar ki, iki dəfə artacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!