Uzun müddətdir Moskvada yaşayan müğənni Rəksanə İsmayılova müharibə dövründə klip çəkdirən həmkarlarını sərt tənqid edib.
Yenisabah.az xəbər verir ki, ifaçı hər şeyin öz vaxtı olduğunu qeyd edib:
“Sənətdə olan bəzi insanlara demək istəyirəm ki, Gəncədə 13 nəfər şəhid vermişik, nə qədər yaralılarımız var. Klip çəkdirməyə, mahnı oxumağa tələsməyin, hər şey edəcəksiniz, hər şeyin vaxtı var ayıbdır vallah, mən utanıram. Baxıram, əsəbləşirəm. Bu gün bunu etmək ayıbdır. Bir tərəfdən gözümüz ağlayır, bir tərəfdən də klip təqdimatı edirsiniz. Eləməyin, ayıbdır. Öz ölünüz öləndə sabahkı gün çıxıb klip təqdim edirsiniz?! Ən azından 3 gün dözmək olmazmı? Bütün dünya bizi izləyir. Heç kim sözümdən inciməsin, hazırda nə klip, nə mahnı yeridir”. Dördpendirli pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız