Rektorun müşavirini niyə bıçaqlayıblar?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rektorun müşavirini niyə bıçaqlayıblar? - AÇIQLAMA

Maraqlı

28 İyul 2021 13:03 1213


Bakı Dövlət Universitetinin rektor müşavirinin bıçaqlanma səbəbi məlum olub.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müşavir Mirzə Mirzəyevi bıçaqlayan İsmixan Mirzəyev universitetdə suvaqçı-rəngsaz işləyirmiş.

Dünən müşavir onu öz kabinetinə çağıraraq artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İ.Mirzəyev müşavir stolunun üstündəki meyvə bıçağını götürərək onu bıçaqlayıb. pizza hut

Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqlayıb.

Hazırda müşavir Mirzə Mirzəyev xəstəxanada müalicə olunur. İsmixan Mirzəyev isə tutularaq istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!