Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.
Yenisabah.az “qafqazinfo”ya istinadla xəbər verir ki, şirkətin cari ilin fevral ayına borcu 9 666 469.63 manat təşkil edib.
Araşdırmalar nəticəsində məlum olub ki, ötən 5 ay ərzində şirkətin vergi borcundan sadəcə, 268 692.88 manat ödənilib. Hazırda “Kaspi Yıldız”ın dövlətə 9 397 776.75 vergi borcu mövcuddur. pizza hut
Bir müddət əvvəl şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50 faiz payı digər təsisçi İqbal Məmmədova verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100 faiz pay ilə Milli Məclisin deputatıdır.
Xatırladaq ki, bir müddət əvvəl ona məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.
Telegram kanalımız