“Rəmiş əməliyyat olsa, sağ çıxmayacaq”   - Xanımı danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Rəmiş əməliyyat olsa, sağ çıxmayacaq” - Xanımı danışdı

Mədəniyyət

27 Yanvar 2021 14:59 1749


“Həkim açıqladı ki, əməliyyat olunmalıdır. Amma baş tutmayacaq, nəfəsində, ağciyərində də problem var. Əməliyyat olsa, sağ çıxmaz”.

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü deyib.

ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramı sənətçinin evindən reportaj hazırlayıb. pizza hut

Xalq artistinin xanımı qeyd edib ki, Rəmişə qaraciyər transplantasiya həyata keçirmək alınmayaq:

“Rəmişdən ötrü hər gün ağlayıram. Bronxlarından əziyyət çəkirdi. İndi də qaraciyər bir tərəfdən problem yaratdı. Su yığılıb, bir dəfə çəkdirmişik. Həkim açıqladı ki, əməliyyat olunmalıdır. Amma baş tutmayacaq. İndi müalicə üsulu ilə sağaltmağa çalışırıq. Camaat da deyir ki, guya mən yardım istəmişəm. Mənim heç kimin pul yardımına ehtiyacım yoxdur. Dövlət ona ev, fəxri ad verib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!