Xalq artisti, tanınmış gitaraçı Rafiq Hüseynovun (Rəmiş) səhhəti xəstəxanaya yerləşdiriləndən sonra nisbətən yaxşılaşıb.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında xalq artistinin həyat yoldaşı Gülü Hüseynova deyib. O bildirib ki, xalq artistinin vəziyyəti getdikcə düzəlir:
“Hazırda xəstəxanada müalicəsi davam edir. Bura gələndən sonra səhhətində müəyyən qədər irəliləyiş var. Hələ ki həkimlər Rəmişin nə zaman evə buraxılacağını deməyiblər. Yəqin gələn həftənin əvvəli xəstəxanada nə qədər qalacağı bəlli olacaq. Əsas odur ki, Rəmiş qabaqkına nisbətən indi daha yaxşıdır”. Pepperoni pizza
Günay Rəsulqızı
Telegram kanalımız