Rəngi pozulan piyada keçidləri: Ucuz boya, korrupsiya mənbəyi... -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Rəngi pozulan piyada keçidləri: Ucuz boya, korrupsiya mənbəyi... - FOTO

Xalqın səsi

06 Yanvar 2024 14:59 42693


Paytaxt ərazisində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yolgöstərici xətlər, piyada keçidləri rəngləndikdən bir neçə ay sonra görünməz hala düşür.  

Belə yerlərdən biri də Bakı, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov 19 küçəsindədir. Sakinlər piyada zolağının aylardır tamamilə silindiyini, lakin aidiyyəti qurumların zolağı yeniləmədiyini bildirir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, bu məsələ həm AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), həm də yerli icra strukturlarının nəzarətində olmalıdır: Marqarita pizza

“Yol nişanları, zolaqlarla bağlı məsələlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarətindədir. Həm də yerli icra strukturları bu məsələdə məsuliyyət daşıyır. Onlar bu məsələdə mövqelərini bildirməli və müəyyən işlər həyata keçirməlidirlər.

Yararsız hala düşən, silinən yolüstü keçid zolaqları yenilənməlidir. Burada problem istifadə olunan boyalardadır. Məsələn, dünyanın elə ölkələri var ki, asfalta vurulan zolaqlar illərlə silinmir. Xüsusi tərkibli, qalıcı boyalardan istifadə edilərsə, o, illər boyu asfaltda qalır. Əfsuslar olsun ki, Azərbaycanda bu da görünür, korrupsiya üçün şərait yaradan faktordur. İstifadə edilən boyalar keyfiyyətsiz olduğuna görə, cəmi 5-6 aya yoldan silinir. Bu məsələdə piyadalar haqlıdır və zolaqlar mütləq yenilənməlidir”.

Ekspert Rauf Ağamirzəyev isə qeyd edib ki, asfalta çəkilən boya nə qədər keyfiyyətlidirsə, dayanıqlılığı və uzunömürlülüyü də bir o qədər çox olur:

“Piyadalar bu cür problemlə qarşılaşdıqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etməlidir. Bu məsələdə əsas problem istifadə edilən boyaların keyfiyyətidir. Yolların xətlənməsində işlədilən boyalar dünya ölkələrində də istifadə edilir. Sadəcə olaraq, kəmiyyət və keyfiyyət fərqi var. Boyalar suya, istiliyə, nəqliyyat vasitələrinin intensivliyinə davamlı hazırlanır. Dünya praktikasında daha bir boyama texnologiyası var ki, o da qabarıq formada olur. Xarici ölkələrdə avtomobil yolunun üfüqi nişanlanma xətləri məhz şəkildə olduğu kimi, qabarıq formada çəkilir. Buna səbəb isə nəqliyyat vasitəsi yoldan çıxdıqda, həmin qabarıqlar üzərində səs yaranması və sürücünün istər-istəməz sürəti azaltmasıdır. Beləcə real qəzaların da qarşısı alınır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    SUMQAYITIN KÜÇƏLƏRİ DƏ BU VƏZİYYƏTDƏDİR. NƏZARƏT YOXDUR, İŞIQFORLAR PİS VƏZİYYƏTDƏDİR.
    2 years ago