Rəqəmsal avro - Avropa bankı qərar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Rəqəmsal avro - Avropa bankı qərar qəbul etdi

Dünya

16 May 2022 16:19 666


Avropa Mərkəzi Bankı (ECB) gələn ilin sonuna kimi rəqəmsal avroların inkişafına başlaya bilər.

Yenisabah.az "Reuters"ə istindla xəbər verir ki, bu barədə ECB icraiyyə komitəsinin üzvü Fabio Panetta bildirib:

"2023-cü ilin sonunda rəqəmsal avronun tətbiqi üçün lazım olan texniki həllərin və işgüzar tənzimləmələrin inkişafı və sınaq mərhələsinə başlamaq qərarına gələ bilərik" pizza mizza

Panettanın sözlərinə görə, bu mərhələnin müddəti 3 ilə qədər ola bilər.

Xatırladaq ki, 2021-ci ilin martında Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard "Bloomberg TV"yə verdiyi müsahibədə onilliyin ortalarına yaxın rəqəmsal avronu dövriyyəyə buraxa biləcəklərini söyləyib. Onun sözlərinə görə, belə bir təşəbbüs mövcud sistemin ləğvinə gətirib çıxarmayacaq, əksinə, onu təkmilləşdirəcək.

Qeyd edək ki, Avropa İttifaqı valyutasının rəqəmsal versiyasının yaradılması üzrə pilot layihə 2021-ci ilin iyulunda təsdiqlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!