Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya 

saytların hazırlanması

Evə çatdırılma

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya 

Sosial

26 Avqust 2024 13:32 1278


“Nəsiman Yaqublu dəyərli ziyalı idi, ona çox böyük hörmətim vardı”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov deyib. O, 1 sentyabr növbədənkənar parlament seçkilərindəki rəqibinin yol qəzasında həlak olmasından kədərləndiyini bildirib: “Çox heyif, çox kədərlənirəm, ailəsinə, yaxınlarına başsağlığı verirəm”. 

Qeyd edək ki, İmamverdi İsmayılov həmin dairədən indiyədək 6 dəfə deputat seçilib, o, 1995-ci ildən Milli Məclisin üzvüdür.  pizza mizza

Xatırladaq ki, tarixçi-professor Nəsiman Yaqublu ötən gün seçicilərlə görüşdən sonra Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!