Rəqqasə Renka karantin qaydalarını pozdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Rəqqasə Renka karantin qaydalarını pozdu - Video

Şou

05 İyun 2020 01:15 4080


Renka təxəllüsü ilə şou-biznesdə tanınan oriental rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova karantin qaydalarını pozub.

Yenisabah.az xəbər verir ki, sənətçi paytaxt restoranlarının birində kosmetoloq Aytac Əsədovanın doğum günü “party”sində iştirak edib.

Həmin gecədən görüntüləri sosial media hesabında paylaşan Renkanı izləyicilər tənqid ediblər. Onlar R.Ağamuradovanı ölkədə tətbiq olunan karantin rejimini heçə saydıqlarını yazıblar. Sezar pizza

Yayımlanan görüntülərdə 10 nəfərdən çox şəxsin birgə ad günündə iştirak edərək sosial məsafəni gözləməməsi və maskadan istifadə etməməsi aydın sezilib.

Bunlar isə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (doğum günü, toy, yas və s.) qadağandır. Həmçinin 10-dan çox insanın bir yerə toplaşması, sosial məsafəni gözləməməsi və tibbi maskadan istifadə etməməsi qanunla yasaqdır.   /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!