Rəqsanə: Bəzi ifadələri işlətməməli idim -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə: Bəzi ifadələri işlətməməli idim - VİDEO

Şou

29 Yanvar 2026 14:09 6402


"Haqqımda danışan jurnalisti əvvəllər tanımırdım".

"Yeni Sabah" xəbər verir ki, bunu ARB-də yayımlanan “Günə uğurla” verilişində Rəqsanə İsmayılova bildirib.

O, qalmaqal doğurmuş fotosessiya ilə özü və aparıcı Səidə Bəkirqızı arasındakı ağız davasından söz açıb: Dominos pizza

“Həmin fotosessiya konkret bir layihə üçün nəzərdə tutulmuşdu. Sözügedən çəkiliş nə gündəlik geyim, nə də toy-nişan məqsədi daşıyırdı. Buna baxmayaraq, məsələ sosial müzakirələrdə fərqli təqdim olunaraq qınaq obyektinə çevrildim.

Haqqımda danışan jurnalisti əvvəllər tanımırdım, sonradan tanıdım. Məni müzakirə edə bilərdi, lakin ərimin barədə danışmaq düzgün deyildi. Mən heç vaxt heç kimin ölüsünə sataşmamışam, heç kimə qarşı hörmətsizlik etməmişəm. Doğrudur, bəzi ifadələri işlətməməli idim, lakin bu, ailə üzvlərim barədə açıqlama verilməsinə əsas ola bilməz. Sözügedən fikirlər ailəmdə ciddi narahatlığa səbəb olub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!