Müğənni Rəqsanə İsmayılova əməliyyata girəcəyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə Səidə Bəkirqızının “Bax da” yutub verilişində danışıb. İfaçı süd vəzi xərçəngindən əziyyət çəkdiyini deyib:
“Moskvada müalicə alırdım. Sentyabr ayında yeni mərhələyə başlamalı idik. Sonra buraya gəldik başıma belə bir iş gəldi. Təcili olaraq əməliyyata getməliyəm. Moskvada bildirdilər ki, şiş götürülməlidir, amma qorxdum, dedim ki, bir az qalsın. Xəstəlik amma gözləmir”. pizza mizza
Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs olunmuşdu. O, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. İfaçı ötən ilin noyabrnda ev dustaqlığına buraxılıb.
Aydan Hacı
Telegram kanalımız