Rəşad ailənin yeganə övladı idi... –   İtkin polkovnikin həyatı 

saytların hazırlanması

Evə çatdırılma

Rəşad ailənin yeganə övladı idi... – İtkin polkovnikin həyatı 

Xalqın səsi

26 İyul 2019 11:04 5321


İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev haqqında bəzi məlumatları çatdırırıq.

“Yeni Sabah” hafta.az-a istinadən xəbər veri ki, Rəşad Atakişiyev Şəmkirin Qılıncbəyli kəndində doğulub. Ailənin bir övladı olub. 

Anası rusəsillidir. Orta məktəbi Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Müəllimlərin sevimli şagirdi olub. Bacarığı və istedadı ilə həmişə sinif yoldaşlarından fərqlənib. Məktəbi çox yüksək qiymətlərlə başa vurub. Sonra Hərbi Hava Qüvvələri məktəbinə daxil olub. Oranı da yüksək qiymətlərlə başa vurub.

Polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Dominos pizza

Xəbəri eşidən Qılıncbəyli sakinləri hələ də onun qəzaya düşdüyünə inanmadıqlarını, çox sarsıldıqlarını bildirirlər. Son vaxtlar işlərinin çoxluğu ilə əlaqədar kəndə gec-gec gəlməsinə baxmayaraq, vaxtaşırı kənddə yaşayan doğmalarını ziyarət edirmiş.

Onu da xatırladaq ki, polkovnik-leytenant tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir və hərbi hissə komandirinin müavini olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!