Rəşad Dağlı azadlığa çıxıb?   - Görüntülər YAYILDI

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Dağlı azadlığa çıxıb? - Görüntülər YAYILDI

Sosial

11 Noyabr 2025 11:07 18016


Sosial şəbəkələrdə tanınmış meyxanaçı Rəşad Əmirovun (Dağlı) azadlığa çıxması ilə bağlı məlumat yayılıb.

Manset.az meyxanaçının yaxınları ilə əlaqə saxlayıb. Bildirilib ki, həmin görüntülər bir neçə il öncə meyxanaçı azadlıqda olanda çəkilib. Yayılan məlumat həqiqəti əks etdirmir.  Rəşad Əmirov hazırda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindədir.

Qeyd edək ki, o, 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehtiyevi ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi. Rəşad Əmirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il 6 ay azadlıqdan məhrum edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!