Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatı olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Apa.az-a Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
Rəşad Məcid AYB-nin sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB katibləri təyin olunub.
Qeyd edək ki, bundan öncə Rəşad Məcid AYB-də gənclər üzrə katib, Elçin Hüseynbəyli sədrin müşaviri, Salim Babulaoğlu isə bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri olub.
R. Məcid eyni zamanda AYB-də gənclər üzrə katib vəzifəsində də qalacaq.
Telegram kanalımız