Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Yenisabah.az xəbər verir ki, sərəncamda deyilir:
"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin". pizza mizza
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyev digər sərəncamı ilə Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin", - deyə sərəncamda deyilir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilən Cavid Qurbanov da rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Telegram kanalımız