Rəsmi Bakı ABŞ Dövlət Departamentinə cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı ABŞ Dövlət Departamentinə cavab verdi

Siyasət

26 Mart 2022 12:06 581


25 mart 2022-ci il tarixində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlə bağlı Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Dominos pizza

"Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur.

Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır.

Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir", - deyə bəyanatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!