Rəsmi Bakı separatçılarla Avropada görüş təklifini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı separatçılarla Avropada görüş təklifini rədd etdi

Siyasət

31 İyul 2023 15:16 6316


Bakı və Xankəndi nümayəndələri arasında görüşün avqustun 1-də Bratislavada keçirilməsi güman edilirdi. Ən azından belə bir görüşü Qərb dairələri lobbiləşdirirdi.

Yenisabah.az Turan-a istinadla xəbər verir ki, rəsmi Bakı Azərbaycan hakimiyyəti separatçılarla görüşməkdən imtina edib.

Bu barədə agentliyə məlumatlı mənbələr danışıb. pizza hut

Bundan əvvəl Bakı iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini Azərbaycan paytaxtına reinteqrasiya ilə bağlı dialoqa dəvət edib. Lakin ermənilər bu dəvətlərə məhəl qoymayıb, bundan sonra Prezident İlham Əliyev onları daha danışıqlara dəvət etməyəcəklərini bəyan edib. O bildirib ki, onlar separatçı strukturları ləğv edərək Azərbaycan qanunlarına tabe olmalıdır. Yalnız bu halda onlar amnistiyaya ümid edə bilər.

Xatırladaq ki, Niderlandda yaşayan tarixçi Arif Yunusovun Turan-a verdiyi məlumata görə, "Bakı ilə Xankəndi nümayəndələri arasında potensial görüş Avropa ölkələrindən birində, ola bilsin ki Bolqarıstanda təşkil olunur.

Yunusovun Avropa təşkilatlarındakı mənbələrinə görə, amerikalı vasitəçilər neytral ərazidə görüşməkdə israr edərək Qarabağ prosesində az da olsa əhəmiyyətli rol oynayırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!