Rəsmi Bakıdan Ermənistana ÇAĞIRIŞ: “Dərhal son qoyun!“

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakıdan Ermənistana ÇAĞIRIŞ: “Dərhal son qoyun!“

Siyasət

28 May 2021 14:48 1167


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən Yenisabah.az-a daxil olan açıqlamada deyilir:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar. Nəticədə hərbi qulluqçumuz, əsgər Muradov Elxan yaralanıb. Marqarita pizza

Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir.

Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!