Rəsmi: Ötən həftə 232 mina zərərsizləşdirilib

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi: Ötən həftə 232 mina zərərsizləşdirilib

Rəsmi

07 Oktyabr 2024 15:03 2384


Azad olunan ərazilərdə sentyabrın 30-dan oktyabrın 6-na qədər müddətdə 73 tank əleyhinə mina, 159 piyada əleyhinə mina, 415 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2945.1 hektar ərazi minalardan təmizlənib. Marqarita pizza

Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!