Rəsmi Tbilisi Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvilinin həbsxanada işgəncələrə məruz qalması barədə yalan danışdıqlarına görə Ukrayna və Moldova prezidenti Volodimir Zelenski və Maya Sandudan üzrxahlıq gözləyir.
Yenisabah.az Gürcüstanın "Birinci Kanal"ına istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
O deyib: “Avropa Komitəsinin gəldiyi nəticədən biz prezident Zelenski, prezident Sandu və Avropa Parlamentinin üzvlərinin Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışdıqlarını öyrəndik. Bu gün öyrəndik ki, bir çox Qərb siyasətçiləri Gürcüstan və gürcü xalqı qarşısında özlərini biabır ediblər. Ona görə də biz bu insanların üzr istəmələrini gözləyirik”. Pepperoni pizza
Telegram kanalımız