“Rəsmi Tehran “Üç qardaş” təlimlərinə qoşulmalıdır” – İranlı sabiq deputat

saytların hazırlanması

Evə çatdırılma

“Rəsmi Tehran “Üç qardaş” təlimlərinə qoşulmalıdır” – İranlı sabiq deputat

Siyasət

29 Sentyabr 2021 10:07 21936


 “Üç qadaş” hərbi təlimləri İran üçün təhdid deyil”.

Yenisabah.az “Dideban-e İran”a istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sabiq üzvü Heşmətullah Fəlahətpişe bildirib.

"İslam Respublikası dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir və ironik olaraq bu ölkələrin İsraillə yaxın və ya uzaq əlaqələri var. Azərbaycan da İsraillə müxtəlif, o cümlədən kənd təsərrüfatı, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. Təbii ki, bu əlaqələr İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərib. Ancaq İran və Azərbaycan iki həmsərhəd ölkədir və bir-birinə qarşı fərqli qabiliyyətlərə malikdir. Təbii ki, bu gün ölkələr fərqlərini müəyyən etmək əvəzinə paylaşılan komponentlər üzərində vahid müstəvidə işləyirlər”, – deyə Fəlahətpişe qeyd edib. Toyuqlu pizza

Analitik Türkiyə, Azərbaycan və Pakistanın müştərək hərbi təlimləri və Azərbaycan parlamenti üzvlərinin İrana qarşı son açıqlamaları ilə bağlı bunu deyib: 

“Şəxsən mən hərbi manevrləri İranın təhlükəsizliyi üçün təhdid olduğuna inanmıram. Bu, hücumdan daha çox müdafiə xarakterli təlimdir. İnanıram ki, İslam Respublikası əvvəldən müstəqil və özünə güvənən bir müdafiə strategiyası müəyyələşdirib və buna görə də, İran digər ölkələrdən daha uğurludur. Məncə, bu cür manevrlər təkcə İrana qarşı deyil, üstəlik İran da bu ölkələrlə qarşılıqlı hərbi və təhlükəsizlik əməkdaşlığına müraciət etməlidir. Özünəgüvən təcrübəmizi nəzərə alsaq, İranın bu addımı mütləq alqışlanacaq”.

Heşmətullah Fəlahətpişe Azərbaycanın İsraillə münasibətlərinin rəsmi Tehrana təsiri mövzusuna da toxunub:

"Reallıq budur ki, ölkələr qarşılıqlı ehtiyaclarına görə öz münasibətlərini təyin edirlər. Bu zaman maraqları əsasında əməkdaşlıq yaradılır. İslam Respublikası dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir və ironik olaraq bu ölkələrin İsraillə də yaxın-uzaq və ya sıx əlaqələri var. Azərbaycan İsraillə müxtəlif, o cümlədən kənd təsərrüfatı, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. Təbii ki, bu əlaqələr İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərib. Ancaq İran və Azərbaycan iki həmsərhəd ölkədir və bir-birinə qarşı fərqli qabiliyyətlərə malikdir. Təbii ki, bu gün bu ölkələr fərqlərini müəyyən etmək əvəzinə paylaşılan komponentlər müstəvisində birlikdə işləyirlər. İranla Azərbaycan arasında fikir ayrılıqlarından daha çox ümumi cəhətlər var. Məncə, hökumət münasibətləri ortaqlıqlar əsasında formalaşdıran, fikir ayrılıqlarını məhdudlaşdıran və maksimum ümumi imkanlardan istifadə edən xarici siyasət formalaşdırmalıdır. 

Azərbaycan Cümhuriyyəti tarixən İranla sıx əlaqələrə malik olub, Azərbaycanın qarşılaşdığı çətinliklər zamanı İran neytral rol oynamağa çalışıb. Azərbaycanın münasibəti İranın milli təhlükəsizliyinə ziddirsə, İranda mütləq mənfi təpki ilə üzləşəcək, amma məsələn, əgər İraq kimi, Azərbaycan da İranın spesifik mülahizələrini nəzərə almağa çalışarsa və İrana qarşı mənfi addım atmazsa, İranla Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə heç bir qadağa ola bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!