Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edildi

Kriminal

06 Fevral 2023 15:35 1300


Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. pizza sifarişi

Faktla bağlı baş idarədə başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!