Rəssamlar ən dürüst siyasətçilərdir

saytların hazırlanması

Evə çatdırılma

Rəssamlar ən dürüst siyasətçilərdir

Siyasət

25 Yanvar 2019 15:51 2103


“Keçən il Naxçıvanda təşkil olunan festivalda Adanalı sənətçilər bura haqqında çox gözəl sözlər dedilər. Həqiqətən Adananın necə gözəl və təmiz şəhər olduğunu, sənətə dəyər verildiyini gördüm. Bu da məni sevindirdi”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan Beynəlxalq 3-cü Türk Sənət festivalında Milli Məclisin Naxçıvandan seçilən millət vəkili Ülviyyə Həmzəyeva deyib. 

O bildirib ki, festivala Naxçıvandan gəlib və Naxçıvan Rəssamlar Dərnəyinə sədrlik edir. Naxçıvanda 2012-ci ildən Naxçıvan Bəşəriyyətin Beşiyi Xalq Rəsm festivalının keçirildiyini də əlavə edib.  Sezar pizza

“Ora bir çox rəssamlar çağırırıq. 2 ildir Azərbaycan Mili Məclisinin üzvüyəm. Biz rəssamıq. Rəssam rəssamlarla olmaq istəyər. Çalışmaq bizim üçün ən gözəl şeydir. İnsanlara yardım etməyə çalışırıq. Mən festivallara getmirəm, çünki vaxtım olmur,amma Adanaya vaxt edib gələ bildim. Burada gözəl incəsənət adamları var. Onlarla işləmək zövq verir”.

Ü.Həmzəyeva bildirib ki, rəssamlar ən dürüst siyasətçilərdir: “Rəssamlar sülh tərəfdarlarıdır. Mən siyasətçi deyiləm deyən rəssam ən böyük siyasətçidir.Çünki rəssam öz dövlətini, yerini, adətlərini tanıdır. Bundan doğru siyasət yoxdur. Ən doğru siyasət də doğrunu demək və göstərməkdir ki, biz rəssamlar da əsərlərimizə bunları köçürürük”.

Əsmər Qabil

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!