Rəsul Çunayev idman zalı açdı

saytların hazırlanması

Evə çatdırılma

Rəsul Çunayev idman zalı açdı

İdman

28 Fevral 2019 17:39 1842


Daha bir məşhur idmançımız zal açıb.

Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, dünya və Avropa çempionumuz Rəsul Çunayev idman zalı açmağa qərar verib.

İdman zalı Bakıda olacaq və “Go Fitness” adı ilə fəaliyyət göstərəcək. Zal açılsa da, onun xidmətindən martın 4-dən etibarən istifadə etmək mümkün olacaq. Bundan bir həftə sonra isə rəsmi açılış mərasimi planlaşdırılıb. Pepperoni pizza

Rəsul Çunayevin özünün də fiziki məşqlərini edəcəyi zal metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşir.

Qeyd edək ki, daha əvvəl məşhur kikboksçularımız – Zabit Səmədov və Eduard Məmmədov idman zalı açıb. Həmin zallarda müvafiq olaraq “Zabit Səmədov” və “Ağ Canavar” idman klubları fəaliyyət göstərir. 

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!