Rəsul Quliyevin rəzil videosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Rəsul Quliyevin rəzil videosu yayıldı

Siyasət

01 Oktyabr 2021 14:50 14772


İnternet resurslarında Milli Məclisin sabiq sədri Rəsul Quliyevin videomüsahibəsindən bir fraqment yayılıb. Fars dilində alt yazıları ilə müşayiət olunan bu fraqmentdə R.Quliyevin jurnalist Emin Hüseynliyə müsahibə verdiyi görünür. 

Yenisabah.az xəbər verir ki, R.Quliyev İran mövzusunda danışaraq deyir ki, vətənimiz İrandır, 1812-ci ildə Rusiya Azərbaycanın yarısını İrandan qoparıb, bu olmasaydı, biz İran vətəndaşı olacaqdıq.

Bundan başqa, o, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın assimlyasiya olunmadığını, özlərini iranlı saydıqlarını bildirir və deyir ki, əksinə, onlar müstəqil Azərbaycanın İrana qatılacağını düşünürlər. Dördpendirli pizza

Qeyd edək ki, bu videomüsahibənin köhnə olması ehtimalı böyükdür. Fəqət Azərbaycanın aparıcı siyasi simalarından biri bu düşüncədədirsə və bu fraqment bu gün, İranla Azərbaycanın arasında müəyyən gərginlik yarandığı günlərdə yayılırsa, demək, bulanıq suda balıq tutmaq istəyənlər var.

Yaxın saatlarda Rəsul Quliyevlə, hazırda ABŞ-da yaşayan eks-spikerlə əlaqə saxlamağa cəhd edəcəyik və videonun nə dərəcədə yeni-köhnə olduğunu öyrənməyə, onun bu fikrində qalıb-qalmadığını dəqiqləşdirməyə çalışacağıq. (musavat.com)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aze
    Çox alçaq adamsan ,sene AZERBAYCANİN ÇÖRƏYİ,HAVASİ SUYU ,TORPAĞI VE YEDİYİN PULLAR HARAMIN OLSUN ! KİM BU DÖVLETE XEYANET EDİRSƏ ,SONU ACİNACAQLİ OLUR !NÖVBENİ GÖZLE SENİN DE NÖVBEN ÇATACAQ !
    5 years ago
  • Xəlil Məmmədov İlyas oğlu
    MÜSAHİBƏNİN KÖHNƏ VƏ YAXUD YENİ OLMAĞININ NƏ FƏRQİ VAR ? İNSAN KEÇMİŞDƏ VƏTƏN MÜQƏDDƏRATI BARƏDƏ ETDİYİ FİKİRDƏ NAMUSSUZLUQ EDİBSƏ, İNDİ DEYƏCƏKSİNİZ Kİ, BU KEÇMİŞDƏ OLUB? BU MƏNTİQLƏ SİZ ÇOX UZAĞA GEDƏ BİLMƏZSİNİZ! LAP ELƏ İNDİ HƏMİN İNSAN MÜSAHİBƏSİNİ ƏKSİN ETSƏ ONA İNANACAQSINZ? İKİÜZLÜLÜYƏ İNANIB BÖYÜK SƏHV ETMİŞ OLARSINIZ ,ƏLƏLXÜSUS DA VƏTƏN MÖVZUSU OLAN BİR MƏSƏLƏDƏ !!!
    5 years ago