Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindəki barelyef yenidən sökülüb.
“Yeni Sabah” xəbər verir ki, barelyefin sökülməsində səbəb orada olan qüsurların aradan qaldırılmasıdır.
Qeyd edək ki, Rəsulzadənin barelyefi oğurlandırdan sonra yenisi ilə əvəz edimişdi. Lakin yeni barelyefdəki bir sıra qüsurlar tənqid hədəfinə çevrildi. Belə ki, yeni variantda Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə M. Rəsulzadə Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri kimi adlandırılmışdı. Həmçinin, onun adı da səhv yazılmışdı.
Telegram kanalımız