Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Məhəmməd Əmin Rəsulzadənin heykəlinin hazırlanması ilə bağlı səsləndirdiyi xəbərə aydınlıq gətirib.
“Yeni Sabah” xəbər verir ki, o bildirib ki, dostlarından biri ondan həmin heykəli nə vaxt gördüyünü soruşub: “Yadıma salanda gördüm ki, doğrudan da söz vaxtına çəkərmiş. Mən bu gözəl sənət əsərini düz 25 il əvvəl-1994-cü ilin yanvar ayında görmüşəm.
Müsavat Partiyası olaraq M.Ə.Rəsulzadənin 110 illik yubiley tədbirlərinə hazırlaşırdıq. Türkiyədən Rəsulzadənin silahdaşları-dəyərli ağsaqqallarımız Mehmet Kengerli, Ahmet Karaca və digər dostlarımız gəlmişdi. Onlarla birlikdə məşhur heykəltaraş Ömər Eldarovun emalatxanasına getdik. Pepperoni pizza
M.Ə.Rəsulzadənin möhtəşəm abidəsinin orijinalını orda və həmin gün gördük və hamımız çox bəyəndik!
Bizim hakimiyyətin-Ə.Elçibəy hakimiyyətinin qərarı ilə hazırlanmış heykəl 25 ildən çoxdur ki, hörmətli ziyalımız Mehriban Vezirin bu gün qeyd etdiyi kimi girov saxlanılır.
Bəlkə bütün siyasi məhbusların azadlığını tələb etdiyimiz kimi, bu siyasi girovun da azadlığa buraxılmasını tələb etməliyik?”.
Telegram kanalımız