Rəsulzadənin yadigarı 7-ləri qoşalaşdırdı: “Rəqəmləri önəmsəmirəm”

saytların hazırlanması

Evə çatdırılma

Rəsulzadənin yadigarı 7-ləri qoşalaşdırdı: “Rəqəmləri önəmsəmirəm”

Maraqlı

01 Noyabr 2023 12:37 637


“İndi əsas düşüncəm tezliklə sağlamlığımı tam bərpa edib işimə dönməkdir”

Bu fikirləri noyabrın 1-də 77 yaşını qeyd edən Milli lider Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə deyib.

Bu münasibətlə əlaqə saxladığımız Rais Rəsulzadə 77-ci yaşını evdə qarşıladığını bildirib: Marqarita pizza

“Bilirsiniz ki, xəstəxanadan bir müddət əvvəl çıxmışam və hələ ki müalicəmi evdə davam etdirirəm.

77 yaş deyirsiniz, amma mən açığı, yaşı ifadə edən rəqəmləri çox da önəmsəmirəm. Yəni il dəyişsə də, özümün dəyişdiyimi hiss etmirəm.

Evdə oluram, insanlar zəng vurub təbrik edirlər, xoş sözlərini çatdırırlar, sağ olsunlar. İndi əsas düşüncəm tezliklə sağlamlığımı tam bərpa edib işimə dönməkdir”.

www.yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!