“Reuters”in əməkdaşı Ukraynada öldürüldü 

saytların hazırlanması

Evə çatdırılma

“Reuters”in əməkdaşı Ukraynada öldürüldü 

Dünya

26 Avqust 2024 09:49 359


"Reuters" agentliyinin təhlükəsizlik üzrə məsləhətçisi Rayan Evans Kramatorska zərbə endirilməsi nəticəsində həyatını itirib. 

Yenisabah.az xəbər verir ki, məlumatı "Reuters"in özü yayıb. 

Agentlik yazır ki, “Reuters”in təhlükəsizlik üzrə müşaviri Rayan Evans Kramatorskdakı “Sapphire” otelinə raket hücumu nəticəsində həlak olub.  pizza hut

"İki jurnalistimiz xəstəxanadadır, onlardan biri ağır yaralanıb. Daha 3 həmkarımız tapılıb və sağ-salamatdır", - "Reuters" yazıb. 

Bundan əvvəl Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin Britaniya vətəndaşının öldüyünü açıqlamışdı. O, jurnalistin adını çəkməsə də, 1984-cü il təvəllüdlü olduğunu göstərmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!